Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:37

Avqustun 3-də Apellyasiya Məhkəməsi Müşfiq Hüseynovun şikayətinə baxacaq


Avqustun 3-də «Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun apellyasiya şikayətinə baxılacaq. Bu barədə onun vəkili Vüqar Xasıyev məlumat verib.


Vəkil deyir ki, müdafiə etdiyi şəxsin səhhətində ağrılar qalmaqdadır. «Müşfiq Hüseynov daha çox qara ciyərindən və kor bağarsağındakı ağrılardan əziyyət çəkir».


Ötən ay Müşfiq Hüseynov 3 ay azadlıqdan məhrum edilib. O, rüşvət almaqda ittiham edilir. Jurnalist özü isə bu ittihamları rədd edir. Vəkil deyir ki, Müşfiq Hüseynov avqustun 1-də də istintaqa verdiyi ifadəsində də ona qarşı irəli sürülən ittihamı böhtan adlandırıb.


XS
SM
MD
LG