Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 19:53

Aktyor Ələkbər Hüseynov komadadır


Dövlət Kukla Teatrının aktyoru və rejissoru Ələkbər Hüseynov iyulun 30-dan dərin komadadır. Vəziyyəti ümidsiz olduğundan o, iyulun 31-i günün ikinci yarısında xəstəxanadan evə buraxılıb. Həkimlər bildirir ki, Ələkbər Hüseynovun beyni fəaliyyətini bütünlüklə dayandırıb. Yalnız orqanizmi gənc olduğu üçün ürəyinin hesabına hələlik həyatdadır.


Ələkbər Hüseynov üç il öncədən ağır qan xəstəliyinə tutulub. Ailəsindən bildirirlər ki, dəfələrlə Türkiyədə və Rusiyada müalicə olunsa da, qara ciyərinin zədələnmiş hissələrini bərpa etmək mümkün olmayıb.


Ələkbər Hüseynov Dövlət Kukla Teatrında aktyor və rejissor kimi çalışıb, 10 ilə yaxın dövlət televiziyasının uşaq redaksiyası ilə də əməkdaşlıq edib. O, uşaqlar arasında «Ələkbər əmi» kimi məşhurlaşmışdı.


XS
SM
MD
LG