Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:14

Ölkədə inflyasiya 16 faizə çatıb


İlham Əliyev Azərbaycanın valyuta ehtiyatının 5 milyard 100 milyon dolları ötdüyünü bildirib
İlham Əliyev Azərbaycanın valyuta ehtiyatının 5 milyard 100 milyon dolları ötdüyünü bildirib
Bu ilin altı ayı ərzində Azərbaycanın sənayesində 35, kənd təsərrüfatında isə 5 faiz artım olub, əhalinin pul gəlirləri 37 faiz, əmək haqları isə 26 faiz artıb.

Prezident İlham Əliyev 2007-ci ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin iclasında belə deyib.



Prezident həmçinin, 2007-ci ilin altı ayı ərzində Azərbaycanda inflyasiyanın 16% təşkil etdiyini bildirib. O, antiinflyasiya tədbirlərinin və ölkədə əldə olunmuş uğurlardan sui-istifadə edən spekulyantlara qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.


Ölkə başçısı büdcə vəsaitinin məqsədli xərclənməsinə və bu sahədə şəffaflığa maksimum diqqət yetirməyi tapşırıb. Əliyev bildirib ki, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi gücləndiriləcək, əmək haqqı müntəzəm artırılacaq.



İlham Əliyev Azərbaycanın valyuta ehtiyatının 5 milyard 100 milyon dolları ötdüyünü bildirib. O, 2008-ci ilin dövlət büdcəsinin keyfiyyət və kəmiyyət baxımından 2007-ci ilin büdcəsini üstələyəcəyini vurğulayıb.


Maliyyə naziri Samir Şərifov, təhsil naziri Misir Mərdanov, kənd təsərrüfatı naziri İsmət Abbasov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və digər rəsmi şəxslər müşavirədə çıxış ediblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG