Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:32

Korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın təsdiq edilməsi barədə sərəncam imzalanıb


Prezident İlham Əliyev «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın təsdiq edilməsi barədə» sərəncam imzalayıb. Sənədlə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilir.


Sərəncama əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər altı aydan bir Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya məlumat verməlidir.


Sərəncamla Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi məlumat verməlidir.


XS
SM
MD
LG