Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:33

İki jurnalist ölümə məhkum edilib


Parnaz Azima
İranın məhkəmə orqanları kürdəsilli iki jurnalistə ölüm hökmü çıxarılmasını təsdiqləyiblər. Məhkəmə onları «Allahın düşmənləri» elan edib.


Hökmü iyulun 16-da İranın şimal-qərbi Kürdüstan əyalətinin məhkəməsi çıxarıb.


Hüquq müdafiəçiləri deyirlər ki, jurnalistlərdən biri yerli hakimiyyət barədə tənqidi məqalələr dərc edib, digəri isə ekoloji qrupun fəalıdır.


Bu ilin mayından İran məhbəsində üç İranəsilli Amerika alimi də saxlanır. Onlar milli təhlükəsizliyə ziyan vurmaqda təqsirləndirilir.


Buna oxşar ittihamlar «Azadlıq» radiosunun müxbiri Parnaz Azimayə qarşı da irəli sürülə bilər. O, hələlik azadlıqdadır, amma pasportunu aldıqlarından, İranı tərk edə bilmir.


XS
SM
MD
LG