Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:25

Taliblər başqa girovları da öldürməklə hədələyirlər


Əfqanıstanda cənubi koreyalı vətəndaşları girov götürən taliblər bəyan ediblər ki, hakimiyyət avqustun 1-i səhərə qədər bir qrup məhbus yaraqlını azad etməsə, girovları öldürməkdə davam edəcəklər.


Taliblərin nümayəndəsinin bildirdiyinə görə, əvvəlcə girov kişiləri, sonra isə qadınları öldürməyə başlayacaqlar. Əsirlər arasında qadınlar çoxluq təşkil edir.


Bu gün səhər Qazni şəhəri yaxınlığında əfqan polisi taliblərin dünən öldürdüyü ikinci cənubi koreyalı girovun cəsədini tapıb.


Taliblərin iyulun 19-da oğurladıqları 23 koreyalı missionerin birincisi iyulun 25-də qətlə yetirilib.


XS
SM
MD
LG