Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 02:16

Türkiyə seçkilərin rəsmi nəticələrini açıqladı


Türkiyədə növbədənkənar parlament seçkiləri iyulun 22-də keçirilib
Türkiyədə növbədənkənar parlament seçkiləri iyulun 22-də keçirilib

Rəcəb Tayib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası Türkiyədə keçirilən parlament seçkilərində inamlı qələbə qazanıb. Ölkənin Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri açıqlayıb. Komissiya sədri Müəmmər Aydının sözlərinə görə, partiya 550 nəfərlik parlamentdə 341 deputat yeri qazanıb.


112 yeri Cümhuriyyət Xalq Partiyası, 70 yeri Milliyətçi Hərəkat Partiyası götürüb. Bundan əlavə 26 nəfər müstəqil deputat olacaq.


Milliyətçi Hərəkat Partiyasından olan deputat-professor Məhmət Cihat Özəndərən vəfat etdiyindən, parlamentdə bir yer boş qalacaq.


Türkiyədə növbədənkənar parlament seçkiləri iyulun 22-də keçirilib. Seçkilərin keçirilməsinə səbəb aprel-may aylarında yaranmış siyasi böhran olub. Həmin vaxt ölkənin konstitusiya məhkəməsi parlamentdə yetərsay olmadığından prezident seçkilərini etibarsız saymışdı.


XS
SM
MD
LG