Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 11:52

Azərbaycanda mətbuatın vəziyyəti Helsinki Komissiyasında müzakirə olunacaq

Helsinki Komissiyasının sədri, konqresmen Alsi Hastinqs
Helsinki Komissiyasının sədri, konqresmen Alsi Hastinqs
Birləşmiş Ştatların Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyası - Helsinki Komissiyası mətbuat azadlığı ilə bağlı dinləmələr keçirəcək.

Dinləmələrdə ATƏT regionunda, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstanda mətbuatın vəziyyəti müzakirə olunacaq.


Helsinki Komissiyasının yaydığı məlumatda deyilir ki, xüsusilə Rusiya və Azərbaycandakı vəziyyət narahatlıq doğurur:


«Azad mətbuat sağlam demokratiyanın komponentlərindən biri olsa da, bir çox ATƏT ölkələrində jurnalistlər yenə hədələrə məruz qalır, döyülür, oğurlanır, qətlə yetirilirlər».


Avqustun 2-ə təyin olunan dinləmələri Helsinki Komissiyasının sədri, konqresmen Alsi Hastinqs və həmsədr, senator Bencamin Kardin keçirir.


Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur. Qurum 1975-ci il Helsinki Aktının müddəalarının yerinə yetirilməsinə nəzarət edir. Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Ticarət Nazirliyinin hər birindən 1 üzv daxildir.


This item is part of
XS
SM
MD
LG