Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Taliblər Cənubi Koreyadan olan daha bir girovu edam ediblər


«Taliban» hərəkatı Cənubi Koreyadan olan daha bir girovun edam edildiyi haqqında xəbər yayıb. Həmin şəxs kişidir.


Taliblərin dediyinə görə, bu, əfqan hökuməti ilə danışıqların uğursuz başa çatmasından sonra olub.


Bir neçə gün əvvəl də bir əsir kişi edam edilib. Oğurlananlar – 18 qadın və 5 kişi - xristian humanitar missiyasının əməkdaşlarıdır.


Bundan əvvəl Əfqanıstan hökuməti girovların azad olunması ilə bağlı məsələlərin həlli üçün daha iki gün möhlət istəmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG