Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:56

Berezovskinin Fransadakı malikanəsinin müsadirəsi haqda qərar verildi


Moskvanın Basman məhkəməsi Rusiya Baş Prokurorluğunun vəsatəti ilə Boris Berezovskinin Fransadakı əmlakının müsadirəsi haqda qərar verib.

Berezovski adıçəkilən malikanəni icarələyib. Hal-hazırda əmlak «Fotopark Limited» təşkilatına məxsusdur.


Qərar Berezovskiyə qarşı yeni cinayət işi çərçivəsində qəbul edilib. Biznesmenə qarşı qiyabi qaydada «SBS-Aqro» bankının 13 milyon dollarını oğurlamaq ittihamı irəli sürülüb.


Berezovskinin özü «Exo-Moskvı» radiosuna müsahibəsində Basman məhkəməsinin qərarını «sayıqlama» adlandırıb.


O, həmçinin, «Aeroflot» şirkətinin 200 milyon rublunu (təxminən 8 milyon dollar) oğurlamaqda ittiham olunur. Bu işə də qiyabi baxılır, çünki biznesmen Böyük Britaniyadan siyasi sığınacaq alıb.


XS
SM
MD
LG