Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) Moskvaya uçan təyyarələrdə biletin qiymətini 30-40 dollar artırıb. Konsernin Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli «Azadlıq» radiosuna deyib ki, hazırda Rusiya paytaxtına bir sərnişinin gediş-gəliş qiyməti 475 dollardır.
Səfərli onu da deyir ki, Türkiyəyə biletlərin qiyməti artırılmayıb. Sadəcə, qonşu ölkə mövsümlə bağlı Türkiyədən Azərbaycana gələn təyyarələrdə qiymətləri artırıb.