Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:33

İki hərbçi avtomobil qəzasında həlak olub


İyulun 29-u axşam Bərdənin Lənbəran kəndi yaxınlığında üç hərbçi avtomobil qəzasına düşüb. Onlardan ikisi Rizvan İsmayılov və Qurban Həşimov ölüb, digər hərbçi Ruslan Daşdəmirovun vəziyyəti isə ağırdır, o kəllə-beyin travması alıb. Məlumatı «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev verib.


«Hərbçilər şəxsi avtomobildə qəzaya düşüblər, bu adi avtomobil qəzasıdır».


Həlak olan hərbçilərdən biri 1983-cü il təvəllüdlü, Ali Hərbi Məktəbin məzunu, zabit Rizvan İsmayılov, ikincisi 1986-cı il təvəllüdlü Bakı Ali Birləşmiş Hərbi Komandanlıq Məktəbinin müdavimi Qurban Həşimovdur.


XS
SM
MD
LG