Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:22

İraqda uşaqların 28 faizi yarıac-yarıtox yaşayır


İraq hakimiyyəti ölkəni bərpa edə bilmir. Bu barədə ABŞ hökumətinin məruzəsində deyilir.


Sənəd ABŞ-ın İraqda infrastruktur layihələrinə ayırdığı 44 milyard dolların necə xərcləndiyinə dair yoxlamalar əsasında hazırlanıb.


Məruzə müəllifləri qeyd edirlər ki, bu vəsaitlər demək olar ki, tam xərclənib və indi ölkənin bərpasına görə bütün məsuliyyət İraq hökumətinin üzərinə düşür.


Bu arada bildirilir ki, İraqda uşaqların 28 faizi yarıac-yarıtox yaşayır, əhalinin 70 faizi içməli su qıtlığı ilə üzləşir.


Britaniyanın «Oksfam» xeyriyyə təşkilatının məlumatına əsasən, 2003-cü ildən bəri İraqı 2 milyon adam tərk edib, bir o qədəri də ölkə daxilində məcburi köçkünə çevrilib.


2003-cü ildə təhlükəsizlik səbəblərindən «Oksfam» və başqa xeyriyyə təşkilatları İraqda fəaliyyətlərini dayandırıblar.


XS
SM
MD
LG