Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 09:37

Ölkəyə gətirilən buğdaya görə əlavə dəyər vergisi ləğv edildi


Hökumət ƏDV-ni ləğv etməklə buğda qıtlığını aradan qaldırmaq istəyir
Hökumət ƏDV-ni ləğv etməklə buğda qıtlığını aradan qaldırmaq istəyir

İyulun 27-də Nazirlər Kabineti ölkəyə gətirilən buğdaya görə əlavə dəyər vergisini (ƏDV) ləğv edib.


NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, İqtisadi İnkişaf, Maliyyə, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təklifi ilə buğda Azərbaycana gətirilən və əlavə dəyər vergisindən azad olunan malların siyahısına daxil edilib.


Ötən ayın sonlarından Azərbaycanda yaranan buğda qıtlığıyla bağlı iki gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi ölkəyə idxal olunan buğdaya görə, ƏDV-nin ləğvini istəmişdi. Hökumət ƏDV-ni ləğv etməklə buğda qıtlığını aradan qaldırmaq istəyir.


XS
SM
MD
LG