Keçid linkləri

2025, 25 May, bazar, Bakı vaxtı 09:10

Prezident seçkisi ərəfəsində istənilən yerdə aksiya keçirilməyəcək


«Siyasi partiyalar istədikləri yerdə yox, imkan olan yerlərdə aksiyalar keçirə biləcəklər»
«Siyasi partiyalar istədikləri yerdə yox, imkan olan yerlərdə aksiyalar keçirə biləcəklər»

«Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla bağlı Azərbaycan hökuməti və beynəlxalq qurumların təklifləri müzakirə olunur. Bu barədə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənov «Trend»ə məlumat verib.


O, qeyd edib ki, Seçki Məcəlləsi və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanun hazırda Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında müzakirə obyektidir. Onun sözlərinə görə, hər iki qanunla bağlı bəzi yeni təkliflər var, lakin onların mahiyyəti açıqlanmır.


Prezident Aparatının nümayəndəsi müxalifət partiyalarının gələn ilki prezident seçkiləri ərəfəsində istədikləri yerlərdə kütləvi aksiyalar, əhali ilə görüşlər keçirməsinə şərait yaradılıb-yaradılmayacağına da aydınlıq gətirib: «Gələn il seçki ərəfəsində siyasi partiyalar istədikləri yerdə yox, imkan olan yerlərdə aksiyalar keçirə biləcəklər».


XS
SM
MD
LG