Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:35

«Evi sökülən camaat hökumətdən kompensasiya tələb edir»


Bir anının içində minlərlə Biləcəri sakininin evləri dağıdıla bilər
Bir anının içində minlərlə Biləcəri sakininin evləri dağıdıla bilər

«İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamenti ayrı-ayrı obyektlərə «haqq» qoyur»- «Azadlıq» qəzetinə zəng edən sahibkarlar belə deyib. «Haqq»ın minimum məbləğinin 300 manat olduğu vurğulanır. Qəzet yazır: «Obyektlərin gəlirləri çox olsa, məbləğ bir o qədər də yüksəkdir». İş adamlarının bildirdiyinə görə, bu barədə iqtisadi inkişaf naziri Heydər Babayevə ünvanlanan şikayətlərə reaksiya verilmir. Məqalə qəzetin 6-cı səhifəsində yer alıb.


«Evi sökülən camaat hökumətdən kompensasiya tələb edir». İyulun 24-də Biləcəri qəsəbəsində dəmir yolu kənarında yerləşən evlərin sökülməsinə başlanıb. Səhər saatlarında Biləcəri Dəmiryolu Stansiyasının rəisi Əli Xəlilovun rəhbərliyi ilə evlərin divarları sökülüb. Buna etiraz edən sakinlər bir saatdan artıq müddətdə etiraz aksiyası keçiriblər. Hadisə yerindən «Yeni Müsavat»ın reportajı qəzetin manşetində yer alıb.


«Qəsəbə sakinləri bizə nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu söylənilən «Delfin» Hotelin də dəmir yolunun kənarında təhlükəsizlik zolağında yerləşdiyini bildirdilər. Biz həmin hotelin yaxınlığında olduq. Həqiqətən, bu istirahət mərkəzinin divarları bəzi ərazilərdə dəmir yol xəttinin düz yanında yerləşir. Lakin nədənsə kasıb əhalinin evini sökən məmurlar «Delfin»ə yaxın düşə bilmirlər». Yazı qəzetin 10-cu səhifəsində yer alıb.


«Exo»da Biləcəridə insanların evlərinin sökülməsi ilə bağlı məqaləni ön səhifədə yerləşdirib. Qəzet minlərə sakinini bir anın içində küçəyə atılacağı ilə xəbərdarlıq edildiyindən yazır.


Prezidentin məzuniyyət qayıtdığını xəbər verən rəsmi qəzet «Azərbaycan»da dövlət başçısının xarici siyasəti ilə bağlı geniş həcmli məqalələr yer alıb. Jurnalist Xalid Niyazov qəzetin birinci səhifəsinin demək olar ki, tamamilə əhatə edən məqaləsində iddia edir ki, Azərbaycan artıq dünyada «nüfuzlu tərəfdaş» kimi qəbul olunmaqdadır.


«525» ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona gözlənilən növbəti səfəri ərəfəsində danışıqların predmeti ilə bağlı versiyalarını irəli sürüb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG