Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:02

Hökumət taxıl idxalında ƏDV-ni ləğv edə bilər


Hökumət unun qiymətinin bahalanmasını ölkədə taxıl qıtlığı ilə izah edir
Hökumət unun qiymətinin bahalanmasını ölkədə taxıl qıtlığı ilə izah edir

Kənd Təsərrüfatı Nazirliyi xaricdən gətirilən taxıla görə 18 faiz əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsini istəyir və bu təşəbbüslə Nazirlər Kabineti qarşısında çıxış edib. Nazirliyin idarə rəisi Sabir Vəliyev «Azadlıq» radiosuna deyib ki, hökumət həmin təkliflə bağlı bu günlərdə qərar verə bilər. Onun sözlərinə görə, belə bir addım dövlət büdcəsinə müəyyən ziyan vursa da, qiymətlərin sabit qalmasına səbəb ola bilər.


«Kənd Təsərrüfatı Nazirliyi bu problemi qaldırır. Amma hökumət nə deyəcək bilmirəm? Büdcəyə də ziyandır. Amma bu halda qiymətlər sabit qala bilər».


Sabir Vəliyev deyir ki, hökumət həmçinin ölkənin taxıl ehtiyatını öyrənməkdə davam edir: «Çörəkbişirmə sexlərində un ehtiyatı çoxdur. Amma, hesabat vermirlər. Hazırda ölkədəki ehtiyatı dəqiqləşdiririk».


İyunun sonlarından Azərbaycanda unun qiyməti bahalanmaqdadır. Hökumət bunu ölkədə taxıl qıtlığı ilə izah edir və buna görə də problemi aradan qaldırmaq üçün komissiya yaradılıb.


XS
SM
MD
LG