Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 15:20

Ali Məhkəmə Əli İnsanovun apellyasia şikayətini rədd edib


İyulun 24-də Ali Məhkəmə sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya məhkəməsinin ilkin qərarından verdiyi şikayəti rədd edib. Bu barədə vəkil Toğrul Babayev «Turan»a bildirib.


O, bildirib ki, müdafiə tərəfinin məlumatına görə, apellyasiya məhkəməsi Əli İnsanovun işi ilə əlaqədar məhkəmə tərkibini dəyişmək istəyir. «Məqsəd Əli İnsanovun ağır təcridxana şəraitində saxlanmasını uzatmaqdır», - deyə vəkil qeyd edib.


Əli İnsanov dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və s. ittihamlarla 11 il azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG