Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Qazaxıstan 26 Azərbaycan vətəndaşının olduğu üç gəmini saxlayıb


Saxlanılan şəxslərdən qanunsuz tutulduğu bildirilən 10 ton nərə balığı götürülüb
Saxlanılan şəxslərdən qanunsuz tutulduğu bildirilən 10 ton nərə balığı götürülüb

Xəzərin şimal hissəsində, Qazaxıstanın ərazi sularında 26 Azərbaycan vətəndaşının olduğu üç gəmi saxlanılıb. Saxlanılanlardan qanunsuz tutulduğu bildirilən 10 ton nərə balığı götürülüb. Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Gəmilərdə həmçinin böyük miqdarda balıq tutmaq üçün tor, qarmaq aşkar edilib.


Azərbaycan vətəndaşları iyulun 22-si sahil mühafizə xidməti əməkdaşlarının keçirdikləri reyd nəticəsində tutulublar.


Mənbənin verdiyi məlumata görə, bütövlükdə Qazaxıstan sularında nərə balıqlarının qanunsuz ovu ilə məşğul olan və fərqləndirmə nişanı olmayan 17-yə yaxın gəmi müşahidə olunub. Lakin reyddə iştirak edən əməkdaşların sayının azlığı səbəbindən onlar yalnız azərbaycanlı balıqçılara məxsus olan üç gəmini saxlaya biliblər.


Məlumatı «Xəbərlər-Azərbaycan» yayıb.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG