Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:31

Odessada skinxedlər Küveyt vətəndaşına hücum ediblər


«News.ru» hadisənin şahidlərinə istinadən xəbər verir ki, ona yaxın «qırxıqbaş» Küveyt vətəndaşına hücum edib və hər biri əcnəbinin başına şüşə butulka çırpıblar.


Ukrayna polisi iyulun 23-də təxminən 30 yaşılı əcnəbiyə hücum faktını təsdiqləyib, amma onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.


Polis bildirib ki, kəllə-beyin travması ilə bir nəfər şəxs xəstəxanaya müraciət edib və polisin gəlişini gözləmədən çıxıb gedib.


Primorski rayon polisi faktla bağlı cinayət işi qaldırıb.



XS
SM
MD
LG