Çində daşqınlar və torpaq sürüşmələri 60-a yaxın adamın həyatına son qoyub. 1 milyondan çox adam fəlakət zonasından köçürülüb. Yay başlayandan bəri Çinin az qala yarısı güclü daşqınlara məruz qalıb. Bu vaxta kimi ölkənin müxtəlif yerlərində yüzlərlə adam ölüb.