Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 22:09

Hakimiyyət söz azadlığı sahəsindəki öhdəliklərə məhəl qoymur


«Hakimiyyət müxalifət mətbuatının təqib edilməsinin dayandırılmasına dair tələblərə əhəmiyyət vermir»
«Hakimiyyət müxalifət mətbuatının təqib edilməsinin dayandırılmasına dair tələblərə əhəmiyyət vermir»

Azərbaycanda Milli Mətbuat Günü ərəfəsində «Sərhədsiz reportyorlar» press-reliz yayıb. Açıqlamada hakimiyyətin müxalifət KİV-lərini sıxışdırmaq siyasətini davam etdirməsi və xüsusilə, 7-si məhkum edilmiş və həbsxanada olan jurnalistlərin həbsləri pislənilir.


Cinayət Məcəlləsinin dörd maddəsi - 147-ci və 148-ci (böhtan və təhqir), 283-cü (milli, dini və irqi düşmənçiliyin salınması) və 241-ci (terrorizm) bu jurnalistlərə qarşı tətbiq olunub.


«Hakimiyyət müxalifət mətbuatının təqib edilməsinin dayandırılmasına dair bizim daimi tələblərimizə əhəmiyyət vermir və onun çıxardığı hökmlər həddindən artıq sərtdir. Bütün bunlar onu göstərir ki, ölkə söz azadlığının müdafiəsinə dair beynəlxalq konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozur»,- press-relizdə bildirilir.


Daha sonra sənəddə məhkum edilmiş jurnalistlərin adlarının və onların işlərinin bütün detallarının sadalanması ilə arayış verilib. Məlumatı «Turan» yayıb.


XS
SM
MD
LG