Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:20

Üç əsgər vətənə xəyanətə görə mühakimə edilib


İyulun 19-da Ağır Cinayətlərə dair Məhkəmədə Azərbaycan ordusunun Fizuli rayonunda xidmət etmiş və vətənə xəyanətdə ittiham olunan üç əsgərinin işi üzrə proses başa çatıb.


"Turan" xəbər verir ki, hakim Elçin Əhmədov, Ramin Məmmədyarov və Ağasəlim Səlimovu vətənə xəyanətdə təqsirli bilib və onları müvafiq olaraq, 14, 13 və 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.


İstintaq müəyyən edib ki, bu üç nəfər keçən ilin iyul-oktyabr aylarında Fizuli rayonunda xidmət zamanı postda olarkən erməni hərbiçiləri ilə əlaqəyə giriblər. Onlar düşmənə hərbi sirləri, öz bölmələrinin şəxsi heyəti haqda və digər məlumatlar veriblər.


Üç əsgərin prosesi iyunun əvvəlində başlanmışdı və qapalı rejimdə keçirilirdi.


Azərbaycanda vətənə xəyanətə görə son ildə mühakimə olunanların sayı 20-yə çatır.


XS
SM
MD
LG