Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:31

Jurnalistlərin əfvi barədə qərar ən tezi gələn həftə qəbul oluna bilər


Mətbuat Şurasının prezident İlham Əliyevə 7 jurnalisti əfv etmək haqda müraciətinə Prezident yanında Əfv Komissiyasında baxılır. Qərar gələn həftə prezidentin məzuniyyətdən qayıtmasından sonra qəbul oluna bilər. «Turan»ın məlumatına görə, bu barədə iyulun 19-da jurnalistlərə Prezident Aparatının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov bildirib.


Onun sözlərinə görə, Prezident Aparatında reklam bazarının genişlənməsi, mətbuat fəaliyyətinin iqtisadi şəraitinin yaxşılaşdırılması, həmçinin jurnalistlərə ev tikilməsi üçün torpaq sahəsinin ayrılması haqda müraciətlərə də baxılır.


XS
SM
MD
LG