Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:37

Qarabağ əlilini öldürməkdə təqsirləndirilən polislərə hökm oxundu


Məhkəmə keçmiş polislərin Rasim Əlişovu döyərək öldürdükləri qənaətinə gəlib
Məhkəmə keçmiş polislərin Rasim Əlişovu döyərək öldürdükləri qənaətinə gəlib

İyulun 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakım Nüşabə Ağayevanın sədrliyi ilə ötən il Qarabağ müharibəsi əlili Rasim Əlişovu işgəncələrlə qətlə yetirməkdə təqsirləndirilən Mingəçevir polisinin dörd əməkdaşına hökm oxunub. Onlardan ikisi 8, ikisi isə 3 il müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə keçmiş polislərin Rasim Əlişovu döyərək öldürdükləri qənaətinə gəlib.


Hökmdə deyilir ki, keçən ilin iyulunda at oğurluğunda şübhəli bilinərək Mingəçevir Polis İdarəsinə gətirilən Qarabağ əlili Rasim Əlişov idarənin Cinayət-Axtarış Şöbəsinin işçiləri tərəfindən döyülüb. Rasim Əlişov aldığı zərbələrdən keçinib. Onun idarədə ölüm faktını şəhərin Təcili-Tibbi Yardım Xəstəxanasının həkimləri də təsdiqləyib.


Hadisədən sonra həbs olunan Cinayət-Axtarış Şöbəsinin rəisi İlqar Abbasov və şöbənin əməkdaşı Ramiz Murquzav 8 il azadlıqdan məhrum ediliblər. Hadisədə iştirak edən digər keçmiş polis işçiləri Anar Həsənov və Elçin Musayevin isə hərəkət azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG