Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 00:17

İşçi Qrup həbsdə olan jurnalistlərlə bağlı müzakirələr aparıb


Hüquq müdafiəçisi Sahib Məmmədov
Hüquq müdafiəçisi Sahib Məmmədov

İyulun 18-də Siyasi Məhbus Məsələləri üzrə İşçi Qrupun Milli Məclisdə keçirilən toplantısında həbsdə olan jurnalistlərlə bağlı müzakirələr aparılıb.


Bu barədə «Azadlıq» radiosuna məlumat verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, iclasda həm də səhhətində ciddi problemlər olan məhbusların da məsələsi müzakirə obyekti olub:


«Rasim Əkbərovun, Müşfiq Mədətovun və səhhətində problemi olan daha bir neçə məhbusun məsələsiylə bağlı tövsiyələr verildi».


Hüquq müdafiəçiləri keçmiş Səhiyyə naziri Əli İnsanovun səhhətiylə bağlı müalicə ala bilməməsini və Qobustanda ölüm cəzası ömürlüklə əvəzlənmiş məhbusların məsələsini də qaldırıb. Sahib Məmmədov deyir ki, verilən tövsiyələrin nəticəsi barədə onlar növbəti iclasda xəbər tutacaqlar. Növbəti iclasın isə sentyabrda keçirilməsi planlaşdırılıb.


Siyasi Məhbus Məsələləri üzrə İşçi Qrup 2005-ci ildə yaradılıb. Qrupa dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir.


XS
SM
MD
LG