Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:38

«İlham Əliyevin Vaşinqtona səfəri gözlənilir»


Dəvətin şəxsən Birləşmiş Ştatların prezidenti Corc Buşdan gəldiyi bildirilir
Dəvətin şəxsən Birləşmiş Ştatların prezidenti Corc Buşdan gəldiyi bildirilir
«Ayna» qəzetindəki «İlham Əliyevin Vaşinqtona səfəri gözlənilir» başlıqlı məqalədə bildirilir ki, avqustun sonlarında Azərbaycan prezidentinin Birləşmiş Ştatlara rəsmi səfəri gözlənilir. Bu barədə Vaşinqtondakı diplomatik mənbələrdən «Ayna»ya bildirilib. Qeyd edildiyinə görə, səfər ABŞ və Azərbaycan arasında strateji əməkdaşlıq münasibətləri çərçivəsində reallaşacaq. Dəvətin şəxsən Birləşmiş Ştatların prezidenti Corc Buşdan gəldiyi bildirilir.

«Ayna»nın iddiasına görə, səfər zamanı iki ölkə arasındakı bir sıra məsələlər müzakirə obyekti olacaq. Bəzi analitiklərə görə, Azərbaycan prezidentinin bu səfəri gerçəkləşərsə, bu, Bakının strateji yönünü müəyyənləşdirmək baxımından çox faydalı olacaq. Eyni zamanda, bəzi məlumatlara görə, Bakı və Vaşinqton böyük anlaşma qarşısındadır. Azərbaycanda 2008-ci il prezident seçkiləri ilə bağlı Bakının Vaşinqtonla müəyyən bazarlığa getməsi də istisna deyil.

«Yeni Müsavat» qəzetindəki «Bakının yarısı səkkiz saat işıqsız qaldı» başlıqlı məqalədə bildirilir ki, iyulun 17-də paytaxtın əksər yerlərindəki mağazalarda çörək qıtlığı yaranıb. Bu barədə redaksiyaya telefon açan Bakı sakinləri bildiriblər. Onların sözlərinə görə, mağazalara bir səhər, bir də axşam çörək gəlib. Qəzet yazır ki, gün ərzində tək-tük satış məntəqələrində çörək tapmaq mümkün olub. Mağazalarda bunu Bakıda qazın olmaması ilə əlaqələndiriblər.


«Yeni Müsavat» iddia edir ki, iyulun 17-i səhərdən paytaxtın əksər ərazilərinə qaz nəqli də dayandırılıb. Səkkiz saatdan çox paytaxtın yarısı qazsız qalıb. Qəzet yazır ki, günün sonunda bununla bağlı rəsmi açıqlamada Bakının yarısının qazsız qalmasına səbəb kimi paytaxta gələn qaz kəmərində qəza baş verməsi göstərilib.


«Azadlıq» qəzetindəki «Pənah Hüseyn prezident olmaq istəyir» başlıqlı məqalədə millət vəkili 2008-ci il prezident seçkilərində namizəd kimi iştirakını istisna etmədiyini bildirib. «Bu, o halda baş verəcək ki, əsas müxalifət qüvvələrinin qələbəsi üçün şans yaradacaq namizəd olmasın», - deyə cənab Hüseyn vurğulayıb. Pənah Hüseynin sözlərinə görə, hazırki məqamda müxalifət partiyaları arasında müəyyən danışıqlar olsa da, hələlik seçkilərlə bağlı ümumi razılaşma yoxdur. Seçkilərə hələ uzun müddət vaxtın qaldığını deyən millət vəkili buna görə də danışıqların davam etdirilməsinin vacib olduğunu deyib:


«İndidən qərar kimi demək çətindir ki, seçkidə müxalifətin vahid namizədi olacaq, ya yox. Amma mən hesab edirəm ki, müxalifət prezident seçkiləri məsələsində mütləq bir araya gəlməlidir. Bu məsələ bu günün problemidir və zərurətə çevrilib».


XS
SM
MD
LG