Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 01:40

İyulun 18-də Siyasi Məhbus Məsələləri üzrə İşçi Qrupun növbəti toplantısı keçiriləcək


İyulun 18-də Milli Məclisdə Siyasi Məhbus Məsələləri üzrə İşçi Qrupun növbəti toplantısı keçiriləcək.


Həmin qrupa daxil olan Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, komissiyanın iclasında onlar əsasən, səhhəti ağır olan məhbusların və həbsdə olan jurnalistlərin azad olunması məsələsini qaldıracaqlar.


Siyasi Məhbus Məsələləri üzrə İşçi Qrup 2005-ci ildə yaradılıb. Qrupa dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir.


XS
SM
MD
LG