Tarif Şurası enerjidaşıyıcıların qiymətinin qaldırılmayacağını bildirir. Şuradan «AzərTAc»a daxil olmuş məlumatda deyilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyevə istinadən enerjidaşıyıcıların qiymətinin qalxacağı barədə əsassız şayiələr yayılır:
«Bildiririk ki, Tarif Şurasına ölkədə enerjidaşıyıcıların qiymətinə yenidən baxılması və ya qiymətinin qaldırılması ilə bağlı heç bir müraciət daxil olmayıb. Ümumiyyətlə isə, enerjidaşıyıcıların qiymətində hər hansı dəyişikliyin edilməsi gözlənilmir».

Şura bəyan edir ki, bəzi mətbuat orqanlarında enerjidaşıyıcıların qiymətinin artırılacağı barədə məlumatlar təxribat xarakteri daşıyır və əhali arasında çaşqınlıq yaratmağa, siyasi möhtəkirlik üçün məqam axtarışına yönəlmiş növbəti addımdır.
Son günlər yerli mətbuatda enerjidaşıyıcıların qiymətinin artırılacağı barədə məlumatlar yayılır.
Sonuncu dəfə bu ilin yanvarında bəzi enerjidaşıyıcıların və xidmətlərin qiymətləri qaldırılıb.