Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:12

London 4 rusiyalı diplomatı ölkədən çıxarır


Biznesmen Andrey Luqovoy /Polkovnik-leytenant Aleksandr Litvinenko
Böyük Britaniya dörd rusiyalı diplomatı ölkədən çıxarır və bir çox məsələlərdə Moskva ilə danışıqları dayandırır. Bu addım Rusiyanın Andrey Luqovoyu vermək istəməməsinə cavab olaraq atılır.

İyulun 16-da parlamentdəki çıxışında Böyük Britaniyanın Xarici İşlər naziri Devid Milibend belə deyib.


Britaniya hökuməti düşünür ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş zabiti Luqovoyun Londonda yaşamış keçmiş rus casusu Aleksandr Litvinenkonun ölümündə əli var.


Litvinenko ötən ilin noyabrında radioaktiv poloniumdan zəhərlənərək vəfat edib. Zəhərləndiyi gün o, Luqovoyla görüşüb.



Andrey Luqovoy isə Litvinenkonun ölümündə Britaniya kəşfiyyatı - MI6-nı günahlandırıb:


«Mənim üçün bir şey şübhəsizdir, Litvinenkonun zəhərlənməsi Britaniyanın təhlükəsizlik xidmətlərinin nəzarətindən kənarda qala bilməzdi».


XS
SM
MD
LG