Çin artıq 2007-ci ildə Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə, Almaniyanı qabaqlaya, ABŞ və Yaponiyadan sonra dünyanın üçüncü inkişaf etmiş ölkəsinə çevrilə bilər.
Çinin statistika idarəsi 2006-cı ildə milli iqtisadiyyatın artım tempinin dəqiqləşdirilmiş qiymətləndirilməsini təqdim edib: əvvəl düşünüldüyü kimi, 10,7 faiz yox, 11,1 faiz.
Müvafiq olaraq, 2006-cı ildə Çinin Ümumi Daxili Məhsulunun həcmi 2,8 trilyon dollar, Almaniya iqtisadiyyatının həcmi isə 2,9 trilyon dollar təşkil edib. 2007-ci ildə Çinin iqtisadi artım tempi 11 faiz proqnozlaşdırılır. Almaniya iqtisadiyyatının artım proqnozu isə 3 faizdir.
Hazırda dünyanın ən inkişaf etmiş iqtisadiyyatları ABŞ və Yaponiyanınkıdır.
Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, 2006-cı ildə ABŞ-ın ÜDM-si 13,2 trilyon, Yaponiyanınkı isə 4,4 trilyon dollar olub.
Proqnozlara əsasən, 2007-ci ildə Rusiyanın ÜDM-si təxminən 1,2 trilyon dollar təşkil edəcək ki, bu da Çin iqtisadiyyatının proqnozlaşdırılan həcmindən 2,5 dəfə azdır.