«Azərbaycana səfərimin əsas məqsədi burdakı vəziyyəti öyrənməkdir».
İyulun 16-da Bakıya gələn «Human Rights Watch» beynəlxalq insan huquqlarını müdafiə təşkilatının icraçı direktoru Kennet Roz bir neçə azərbaycanlı insan hüquq müdafiəçisiylə görüşdən sonra belə deyib.
Onun sözlərinə görə, Azərbaycanda xüsusilə mətbuat sahəsində geriləməni müşahidə ediblər.
Kennet Roz ölkə rəsmiləri ilə də görüşəcək.