Keçid linkləri

2025, 25 Aprel, Cümə, Bakı vaxtı 16:59

Braziliya yığması Amerika kubokunun qalibidir


Əksər futbol mütəxəssisləri Argentinanı favorit sayırdı
Əksər futbol mütəxəssisləri Argentinanı favorit sayırdı

Futbol üzrə Braziliya yığması Amerika kubokunun qalibidir. İyulun 16-ı gecə saatlarında keçirilən final oyununda Argentina yığması ilə qarşılaşan beşqat dünya çempionları 3-0 hesabı ilə qalib gəlib. Hesabı 4-cü dəqiqədə Baptista açıb. Birinci hissənin sonlarına yaxın argentinalıların müdafiəçisi Ayala avtoqola səbəb olub. İkinci hissədə isə Daniel Alves fərqlənib.


Bununla Braziliya Amerika kubokundakı qələbələrinin sayını səkkizə çatdırıb.


Venesuelada keçirilən kubokda üçüncü yeri isə Uruqvay millisinə qalib gələn Meksika yığması tutub.


XS
SM
MD
LG