Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:15

«Həbsdə olan jurnalistlərin ailə üzvilərinə hələlik 550 manat pul yığılıb


«Həbsdə olan jurnalistlərin ailə üzvilərinə yardım məqsədlə keçirilən marafonda 105 nəfər iştirak edib və 550 manat pul yığılıb. Bu məbləğ bir həftədən sonra həbsdə olan 7 jurnalistin ailələrinə paylanacaq».


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov «Həmrəylik» marafonunun 3-cü həftəsinin nəticələrini açıqlayarkən belə deyib.


Marafon həbsdə olan jurnalistlərin ailə üzvilərinə (həyat yoldaşlarına, uşaqlarına və valideynlərinə) yardım məqsədilə keçirilir. Toplanmış maliyyə vəsaiti pul şəklində 22 iyulda - Azərbaycan Mətbuat Günündə 7 jurnalistin ailəsinə paylanacaq.


Həbsdə olan jurnalistlərə yardım etmək istəyən hər bir şəxs azı 1 manat verə və həmin yardımın hansı jurnalistin ailəsinə çatdırılmasını istədiyini qeyd edə, ya da verilən məbləğ yardım edənin istəyindən asılı olaraq bir neçə və hətta 7 yerə də bölünə bilər.


Marafon hələ bir həftə davam edəcək.


Hazırda müxtəlif ittihamlarla 7 jurnalist həbsdədir.


XS
SM
MD
LG