Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 01:53

Dəmiryolu gücləndirilmiş iş rejiminə keçib


«Azərbaycan dövlət dəmiryolu gücləndirilmiş iş rejimi ilə işləyir».


Azərbaycan dövlət dəmiryolunun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nadir Əzməmmədov «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, bu, havaların istiləşməsi ilə əlaqədardır.


Əzməmmədov deyir ki, relslərdə genişlənmə baş verməsi və rels ətrafında istidən alışa biləcək otların yanğın təhlükəsi belə bir qərarın qəbuluna səbəb olub.


Nadir Əzməmmədov bildirir ki, gündə 3-4 dəfə dəmiryolu xəttinə baxış keçirilir.


XS
SM
MD
LG