Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:28

İyulun 14-də Milli Parkda konsert və atəşfəşanlıq olacaq. Mərasim keçmiş prezident Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü münasibətilə təşkil edilir.


Tədbirin təşkilatçıları Bakı Şəhər İcra Hakimiyyəti və AzTV-dir.


Saat 21-də başlanacaq konsertdə Azərbaycanın incəsənət xadimləri çıxış edəcək. Atəşfəşanlıq isə saat 23-də başlayacaq və 15 dəqiqə davam edəcək.


Keçmiş prezident Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG