Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:56

İdmançılar etiraz aksiyası keçiriblər


İlk dəfə olaraq yüzlərlə idmançı, o cümlədən olimpiya çempionları, dünya və Avropa çempionları hökumət əleyhinə şüarlarla mitinqə çıxıblar. Onlar Gürcüstan İdman Akademiyasının Tbilisi universitetlərindən birinə birləşdirilməsi və idman obyektlərinin özəlləşdirilməsi haqda qərarların ləğvini tələb ediblər.

İdmançılar əmindirlər ki, idman bazalarını ucuz qiymətə xarici biznesmenlər alıb, yerində kafe və restoranlar açacaqlar.


Aksiya iştirakçılarından biri, Olimpiya çempionu Robert Şavlakadze ölkə prezidentinə bu sözlərlə müraciət edib: «Biz, olimpiya çempionları 30 adamdıq. İndi onlardan 18-i sağ qalıb və biz hamımız bu aksiyada iştirak edirik. Məgər xalqa bu qədər sevinc gətirən insanlarla belə davranmaq olarmı?»


Hakimiyyət tələblərinə diqqət yetirməsə, mitinqçilər kütləvi aclığın mümkünlüyü də istisna etməyiblər.


XS
SM
MD
LG