Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:22

Akif Muradverdiyevin səhhəti ağırlaşıb


Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyevin səhhəti ağırlaşıb. Bu barədə «Azadlıq» radiosuna iyulun 12-də onunla Ədliyyə Nazirliyi penitensiar sistemin müalicə müəssisəsində görüşən İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, belə bir vəziyyətdə Akif Muradverdiyevin həbsxanada saxlanması yolverilməzdir.


Elçin Behbudov deyir ki, o, Akif Muradverdiyevin həbsdən azad olunmasıyla bağlı «Heydər Əliyev» Fondunun prezidenti Mehriban Əliyevaya müraciət hazırlayır. Hüquq müdafiəçisi 1 saylı Bayıl təcridxanasında saxlanan sabiq Səhiyyə naziri Əli İnsanovun da səhhətində problemlərin olduğunu deyir. Onun sözlərinə görə, bir-iki gün əvvəl onunla görüşdə Əli İnsanov müalicə müəssisəsinə göndərilmə məsələsini qaldırıb. Bu barədə Ədliyyə Nazirliyinə müraciət etdiyini deyən cənab Behbudova görə, ona sabiq nazirə elə kamera şəraitində tibbi yardım göstərildiyi bildirilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov isə deyir ki, məhbusların səhhətilə bağlı nazirlik deyil, məhbusun müalicə olunduğu müəssisə məlumat verə bilər. Müəssisədən isə bu barədə hər hansı məlumat vermədilər.


Akif Muradverdiyev və Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunublar.


XS
SM
MD
LG