Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:26

«Azərbaycan üçün «holland sindromu» təhlükəsi var»


Azərbaycan iqtisadiyyatı neft bumuna əsaslanır
Azərbaycan iqtisadiyyatı neft bumuna əsaslanır

Bu günlərdə nüfuzlu «Economist Intelligence Unit» məcmuəsi keçid dövrünü yaşayan Şərqi Avropa və keçmiş sovet ölkələrinin iqtisadiyyatı haqda ənənəvi hesabatını yayıb.


Məcmuənin redaktorlarından biri Anna Uolker «Azadlıq» radiosuna hesabatın açıq yayımda olmayan hissələri barədə məlumat verib. O, deyir ki, Azərbaycan iqtisadiyyatı neft bumuna əsaslanır, inflyasiya bölgədə ən yüksək həddə olanlardandı, hökumətin buna qarşı gördüyü tədbirlər isə lazımi nəticəni vermir:


«Azərbaycandakı inkişafın əsasını neft bumu təşkil edir. Axır bir neçə ildə Azərbaycanda neft hasilatı həddən ziyadə artıb. Hasilat bu il də əhəmiyyətli dərəcədə artacaq. Bizim proqnozlarımıza görə, Azərbaycan bu il də dünyada Ümumi Daxili Məhsulun artımına görə, lider olacaq. Bu, inflyasiya ilə bağlı problem yaradır. Bu ilin yanvarında Azərbaycanda inflyasiya son 10 ildə ən yüksək həddə çatmışdı. Bizim proqnozlarımıza görə, ilboyu inflyasiya bir az azalacaq, amma 2007-ci ilin ümumi nəticəsinə görə, təxminən 16 faiz olacaq. Gələn il inflyasiyanın səviyyəsi aşağı düşməkdə davam edə bilər. Amma risq var ki, əgər hökumət kommumal xidmət xərclərini yenə qaldırsa, biz inflyasiya proqnozlarını qaldırmalı olacağıq».


«Bu, Azərbaycanın gələcəyi üçün təhlükəli sayıla bilərmi» sualına cavabında Anna Uolker deyib ki, Azərbaycanda kəşf olunan yeni netf yataqlarının həcmi onların əvəzləyəcəyi indiki neft yataqlarının həcmindən çox kiçikdir: «Əgər biz 15 illik perspektivi götürsək, hələ ki, Azərbaycan iqtisadiyyatında elə bir sektor yaradılmayıb ki, neft sektorunu əvəz edə bilsin. Azərbaycan neftdən elə asılı vəziyyətə düşür, qiymətlər elə artır, inflyasiya elə yüksəlir ki, bu, risqli bir tendensiyaya çevrilir».


«Sizcə, Azərbaycan üçün «holland sindromu» qorxusu varmı» sualına Anna Uolker belə cavab verib: «Bəli, dediyim kimi, inflyasiyanın səviyyəsi regionda ən yüksək həddə olanlardandı. Milli Bank valyuta məzənnələrini tənzimləmək yoluyla inflyasiyanın qarşısını almağa çalışır, amma bu, başqa sektorlarda problem yaradır. Məsələn, kənd təsərrüfatı və həcmi kiçik olan ixrac sahəsində».


XS
SM
MD
LG