Dünyada hər üçüncü qadın kişilər tərəfindən fiziki zor və təhqirlərə məruz qalır, hər dəqiqə bir qadın doğuş zamanı həyatını itirir, 20 qadın ciddi ağırlaşmalarla üzləşir. «Trend»in məlumatına görə, bu statistikanı Ümumdünya Əhali Günü münasibətilə müraciətində BMT-nin Azərbaycandakı Ofisində İctimai İnformasiya Departamentinin nümayəndəsi Envera Selimoviç deyib.
«Bu sarsıdıcı həqiqətin səbəbinin mənbəyi dərin köklər salmış gender bərabərsizliyidir, qadınların həyatının yaxşılaşdırılması işinə kişilərin cəlb olunması vəziyyəti tam dəyişə bilər», - deyə BMT nümayəndəsi hesab edir.