Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:46

«Azərbaycanda qaz böhranı başlayıb»


Neftayırma Zavodunda təmir işlərinin aparılması qaz satışını müvəqqəti dayandırıb
Neftayırma Zavodunda təmir işlərinin aparılması qaz satışını müvəqqəti dayandırıb

«Azadlıq» qəzetindəki «Azərbaycanda qaz böhranı başlayıb. Maye qazın da qiyməti qalxacaq» başlıqlı məqalədə bildirilir ki, Mil-Muğan bölgəsində maye qaz qıtlığı yaranıb. Bölgədə yerləşən maye qazdoldurma məntəqəsində maye qaz qıtlığı müşahidə olunur. Qəzet yazır ki, əksər qazdoldurma məntəqələrində «Qaz yoxdur» lövhələri asılıb. Məntəqə sahibləri bildirirlər ki, Heydər Əliyev adına Neftayırma Zavodunda təmir işlərinin aparılması səbəbindən qaz satışı müvəqqəti dayandırılıb. Sahibkarlar onu da bildiriblər ki, maye qazın bahalaşması gözlənilir.


«Mərkəz» qəzetindəki «Bakıda evlərin qiyməti artıb» başlıqlı məqalədə bildirilir ki, ötən ay Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət indeksi 0,5% və yaxud 1,1 pillə artaraq 305,5 bənd səviyyəsində qərarlaşıb. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin məlumatına görə, təkrar mənzil bazarında qiymət indeksinin dəyişməsi 0,1% azalma ilə müşahidə olunub ki, bu da 2007-ci ilin əvvəlki ayları ilə müqayisədə ən aşağı göstəricidir. Ay ərzində orta qiymətdən aşağı qiymətə bazara təklif olunmuş mənzillərin payı 8,4 % azalıb, bahalı mənzillərin payı isə tam əksinə olaraq artıb. Şəhər üzrə təkrar bazarda orta qiymətlər isə kv.m-i 1238 dollar səviyyəsində qərarlaşıb.


«Ayna» qəzetindəki «Telekanallar əyləncəli verilişlər peşində» başlıqlı məqalədə bildirilir ki, telekanalların gənclik auditoriyası bu gün əyləncəli verilişlərə daha çox üstünlük verir. Verilişlərin statistikasına nəzər salsaq, bunu asanlıqla görə bilərik. Qəzet yazır ki, bəzi verilişlərdə məqsəd gənclərə vətənpərvərlik hissi aşılamaq olsa da, çox zaman onun yönü tamamilə başqa istiqamətə yönəldilir. Tarix elmləri namizədi, Qərb Universiteti jurnalistika fakültəsinin müəllimi Amaliya Qasımova «Ayna»ya deyib ki, yerli telekanallarda vətənpərvərliyi təbliğ edən proqramların az olmasına səbəb onların gəlir ardınca qaçmasıdır. Çünki kanallar əyləncəli verilişlərdən daha çox reklam əldə edirlər. Ona görə də, onlar əyləncəli verilişlərdə maraqlıdırlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG