Bakının Novxanı kəndindən keçməklə Sumqayıta gedən iritutumlu avtobuslar iyulun 11-i saat 11-dən etibarən Sumqayıta buraxılmır. Bu barədə «Azadlıq» radiosuna həmin avtobusların sahibi «İsmayıloğullar»ı MMC-nin baş mühəndisi Zəlimxan Mustafayev məlumat verib. Onun sözlərinə görə, qadağanın hansı səbəbdən irəli gəldiyi məlum deyil. Mustafayev deyir ki, hazırda bütün sürücülər Novxanda dənizin sahilində dayanıb.
Sumqayıt İcra Hakimiyyətindən isə bu barədə hər hansı məlumata malik olmadıqlarını bildirdilər.