Keçid linkləri

2025, 01 May, Cümə axşamı, Bakı vaxtı 03:48

Moskva milisi Zelenoqradda dava haqda məlumatları dəqiqləşdirir


Hüquq-mühafizə orqanları Moskvaətrafı Zelenoqradda kütləvi dava hazırlanması barədə xəbərləri təkzib edib.

Moskva Şəhər Baş Milis İdarəsinin məlumatına əsasən, iyulun 10-u axşam milis yalnız Kryukovo dəmiryolu sahəsində bir qrup gənclə qafqazlılar arasında toqquşmanın qarşısını alıb.


Ümumilikdə, 35 adam saxlanıb. Onlardan beşini xırda xuliqanlığa görə, inzibati həbslə cəzalandıra bilərlər. Qalan 30 adam, o cümlədən, 15 həddi-buluğa çatmamış artıq azad edilib.


Buna qədər Zelenoqradda milisin 300 nəfərin iştirakı ilə davanın qarşısını aldığı xəbər verilirdi.


XS
SM
MD
LG