Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Bakıya səfər edən fəallar İrana qayıtdıqdan sonra həbs olunur


Sulduzda anım mərasimi, 24 may 2007
Sulduzda anım mərasimi, 24 may 2007
Sulduzdan (Nəqədə) alınan məlumata görə, keçmiş bank işçisi 37 yaşlı Kərim Pəzirə və «Babək» ləqəbi ilə tanınan 20 yaşlı fəal Vəli Siyami Bakı səfərindən qayıdan kimi nəzarət altına alınıblar.

«Urmu News» saytının iyulun 10-da yaydığı xəbərə əsasən, onlar ETTELAAT-ın təcridxanasına aparılıb və bu günə qədər həbsdə saxlanılır.


Həbs edilənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Bakıda səfərdə olarkən ETTELAAT onların İrana qayıtmasını tələb edib. Onlar İrana daxil olanda Astara sərhədində nəzarət altına alınıb, Ərdəbilin ETTELAAT idarəsinin təcridxanasına aparılıb. On gün orada saxlandıqdan sonra yaşadıqları Sulduz şəhərinin ETTELAAT idarəsinə təhvil veriliblər və artıq 10 gündur ki, Nəqədə zindanında saxlanılırlar.


Hazırda həmin zindanda saxlanan digər bir fəal Əmir Fərahani də Azərbaycana səfərdən sonra həbs edilib.


Azərbaycanlıları təhqir edən karikaturalara qarşı 2006-cı ilin may ayında keçirilən kütləvi etirazlar Sulduzda polisin nümayişçilərə atəş açması və dörd nəfərin qətlə yetirilməsi ilə nəticələnmişdi. Mayın 24-də baş verən bu hadisənin ildönümü münasibəti ilə şəhər əhalisi həlak olanların məzarı üstə toplaşan vaxt 30-a yaxın insan nəzarət altına alınmışdı.


Bu hadisələrdən sonra Sulduzda təhlükəsizlik tədbirləri, fəallar və onların ailələrinə qarşı təzyiqlər daha da artıb.


Sulduzun tanınmış fəallarından İbrahim Moini bu yaxınlarda 10 ay həbsə məhkum edilib və Urmiyə zindanında saxlanılır.


XS
SM
MD
LG