Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 14:51

Yeni «Dünyanın yeddi möcüzəsi» siyahısı tənqid edilir


Böyük Çin Səddi müasir dünyanın «yeddi möcüzəsi»ndən biridir
Böyük Çin Səddi müasir dünyanın «yeddi möcüzəsi»ndən biridir
Yunanıstan və Fransa yeni «Dünyanın yeddi möcüzəsi» siyahısını tənqid edirlər. Həmin siyahıya Eyfel qülləsi və Akropol daxil olmayıb.

Yunanıstanın Mədəniyyət nazirinin dediyinə görə, «abidələr gözəllik müsabiqəsinin iştirakçıları kimi, podiumda gəzməməlidir».


Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib ki, Paris mədəni irsin qiymətləndirilməsində daha çox UNESCO-ya etibar edir.


Yeni «Dünyanın yeddi möcüzəsi»nin seçimində 100 milyon adam iştirak edib. Onlar telefon və internetlə səs veriblər.


Müasir dünyanın «yeddi möcüzəsi» bunlardır: Böyük Çin Səddi, Hindistanda Tac Mahal mavzoleyi, Roma Kolizeyi, İordaniyada qədim Petra şəhəri, Rio-de-Janeyro (Braziliya) üzərində ucalan İsa heykəli və inklər və mayaların hindu sivilizasiyalarına məxsus abidələr – Maçu-Pikçu (Peru) və Çiçen-İtsa (Meksika).


Səsvermənin nəticələri iyulun 7-də axşam Lissabonda açıqlanıb.


UNESCO-nun mətbuat katibi də bu təşəbbüsü tənqid edib.


XS
SM
MD
LG