Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:34

Beş ildən sonra dünya neft böhranı ilə üzləşəcək


Növbəti beş ildə neftə tələbat ildə 2,2 faiz artacaq
Növbəti beş ildə neftə tələbat ildə 2,2 faiz artacaq

Bu üzdən qiymətlər rekord həddə çatacaq, Qərbin OPEK neft kartelindən asılılığı isə artacaq.


Belə bir xəbərdarlıqla Beynəlxalq Energetika Agentliyi (BEA) çıxış edib. Bu, Agentliyin dünyada enerji vəziyyətinə dair son vaxtlar səsləndirdiyi ən sərt xəbərdarlıqdır.


Sənəddə deyilir ki, beş ildən sonra «neftlə bağlı vəziyyət olduqca gərgin olacaq», «təbii qaz bazarında da gərginliyin artma ehtimalı var».


BEA bəyan edir ki, Mexiko və ya Şimal dənizi kimi yataqlarda neft ehtiyatları gözlənildiyindən daha sürətlə tükənir. Eyni zamanda, məsələn, Rusiyanın Uzaq Şərqində yeni layihələr uzun zamandır yubanır. Bu arada, inkişaf etməkdə olan ölkələrdə sürətli iqtisadi artımla əlaqədar neftə tələbat çoxalır.


Problemi dərinləşdirən odur ki, qeyri-OPEK ölkələrindən neft idxalı ildə yalnız 1 faiz artacaq. Bu da tələbatda artım tempinin heç yarısını etmir.


Tələbat və idxal arasında artan bu uçurum vadar edəcək ki, OPEK yaxın beş ildə neft hasilatını kəskin artırsın.


Bu arada «Brent» markalı neftin qiyməti iyulun 9-da 72 sent artaraq, 11 ay əvvəlki həddə çatıb – 76 dollar 34 sent.


Növbəti beş ildə neftə tələbat ildə 2,2 faiz artacaq. Bu, əvvəlki proqnozdan – ildə 2 faizdən çoxdur və 2012-ci ildə gündə 95,8 milyon barel səviyyəsinə çatacaq.


2012-ci ildə OPEK gündə təxminən 36,2 milyon barel neft ixrac etməli olacaq. İndi bu rəqəm 31,3 milyon təşkil edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG