Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 23:37

Ermənistan NATO və Avropa İttifaqını Türkiyənin uzun müddətdir ki, davam edən blokadasına göz yummaqda ittiham edib. «Avropalılar belə məsələlərdən danışmağa həvəsli deyillər. Onlar insan hüquqlarından bəhs etməyi çox xoşlayırlar. Çünki danışmaq iş görməkdən daha asandır», - deyə Baş nazir Serj Sarkisyan «Reuters» Agentliyinə açıqlamasında vurğulyıb.


Ankara bildirir ki, Ermənistan Azərbaycanla sülh sazişi bağlamayana qədər sərhədləri açmayacaq.


Növbəti prezident seçkisində Robert Koçaryanı əvəz edəcəyi deyilən Sarkisyan onu da bildirib ki, Türkiyə təhlükəsi hələ aradan qalxmadığından regionda Rusiya qoşunlarının qalması vacibdir. O, həmçinin deyib ki, Qərb Kosovoya müstəqillik verəcəyi təqdirdə, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu tanımaya bilməyəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG