Keçid linkləri

2026, 04 Sentyabr, cümə, Bakı vaxtı 21:50

«Mərkəzi Avropada raketdən müdafiə sistemi yaratmaq yeni Berlin divarının tikilməsi deməkdir»

Rusiya baş naziri müavini Sergey İvanov deyib ki, ABŞ-ın Mərkəzi Avropada raketdən müdafiə sistemi yaratmaq planı yeni Berlin divarının tikilməsi deməkdir. İyulun 8-də Rusiya telekanalına müsahibəsində o bildirib ki, Polşada raketlərin yerləşdirilməsi, Çexiyada isə radar sisteminin quraşdırılması Rusiya üçün açıq-aşkar təhlükədir.


Vaşinqton isə bu planının İran və Şimali Koreyanın mümkün hücumlarından müdafiə məqsədi daşıdığını bildirir.


XS
SM
MD
LG