Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:43

Azərbaycanlı hüquq müdafiəçilərinin həbsi davam edir


«Amnesty International» təşkilatı onların hər ikisini vicdan məhbusu hesab edir
«Amnesty International» təşkilatı onların hər ikisini vicdan məhbusu hesab edir

Tehranın «Evin» həbsxanasında saxlanan tanınmış hüquq müdafiəçisi Səid Mətinpurun 40 gündən çoxdur istintaq altında olduğu xəbər verilir.


Mayın 25-də İranın təhlükəsizlik idarəsi - ETTELAAT-ın əməkdaşları onun Zəncandakı evinə hücum edib, heç bir sənəd göstərmədən həbs etmişdilər. Onun Tehranın «Evin» zindanında saxlandığı isə bu yaxınlarda dəqiqləşib.


Səid Mətinpurun həbsinə etiraz edən həyat yoldaşı Ətiyə Tahirinin Zəncan məhkəməsi və ETTELAAT-a müraciətləri indiyə qədər nəticəsiz qalıb.


Xanım Tahiri «Dustaq» xəbər agentliyinə bildirib ki, ETTELAAT məmurları bu məsələyə israr etdiyi təqdirdə, onun özünün də həbs ediləcəyini söyləyiblər.


Xanım Tahiri uzun müddətdən sonra iyulun 3-də həyat yoldaşının həbsxanadan evə zəng etdiyini bildirib.


Səid Mətinpur qısa telefon söhbətində son 40 gün müddətində istintaq altında olduğunu və sorğu-sualların indiyədək davam etdiyini bildirib. O, əlavə edib ki, istintaqın yaxın günlərdə sona çatacağına və məhkəməyə göndəriləcəyinə inanır.



«Media Forum» saytı bildirir ki, Mətinpur başqa Azərbaycan fəalı Cəlil Qənilu ilə «Evin» zindanının eyni korpusunda saxlanır, hər iki fəala istintaq vaxtı işgəncə verilir.



Zəncanın tanınmış fəallarından olan Cəlil Qənilu və Səid Mətinpur bu il ərzində dəfələrlə həbs və mühakimə ediliblər.


«Amnesty International» təşkilatı onların hər ikisini vicdan məhbusu hesab edir


XS
SM
MD
LG