Cəbhə bölgələrində yeni diaqnostika mərkəzləri açılacaq. Bu haqda iyulun 6-da Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib. Nazirin sözlərinə görə, yeni müalicə ocaqları Dövlət Neft Fondunun hesabına inşa ediləcək. O, eyni zamanda, həmin bölgədəki mövcud xəstəxanaların da təmir ediləcəyini və yeni avadanlıqla təchiz olunacağını bildirib.